Bakıda məktəbəhazırlıq qruplarını başa vuran şagirdlərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda məktəbəhazırlıq qruplarını başa vuran şagirdlərin sayı açıqlanıb

13:20 - 01 / 06 / 2026
Bakıda məktəbəhazırlıq qruplarını başa vuran şagirdlərin sayı açıqlanıb

Paytaxtdakı ümumi təhsil məktəblərində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında məşğələlər başa çatıb.

Bu barədə 1news.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

2025-2026-cı tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 295 ümumi təhsil müəssisəsi üzrə 928 məktəbəhazırlıq qrupunda 21 521 uşaq məşğələyə cəlb olunub.

Qeyd edək ki, dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında məşğələlər 1 oktyabr-31 may dövrünü əhatə edir.

Paylaş:
281

Son xəbərlər

Bütün xəbərlər