Uzunqulaq dişləməsi faciə ilə nəticələndi: 70 yaşlı kişi vəfat etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Uzunqulaq dişləməsi faciə ilə nəticələndi: 70 yaşlı kişi vəfat etdi

First News Media10:39 - Bu gün
Uzunqulaq dişləməsi faciə ilə nəticələndi: 70 yaşlı kişi vəfat etdi

Xaçmaz rayonunda uzunqulaq dişləyən 70 yaşlı kişi ölüb.

1news.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Yergüc kəndində baş verib.

Kənd sakini, 1956-cı il təvəllüdlü Murad Əsfəndiyarovun meyiti müayinə olunmaq üçün Xaçmaz rayon Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbəsinə aparılıb.

Məlumata əsasən, M.Əsfəndiyarovu bir həftə əvvəl kənd ərazisində uzunqulaq dişləyib. Bir müddət ev şəraitində müalicə alan şəxsin bu gün vəfat etdiyi bildirilir.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər