Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb

First News Media11:31 - Bu gün
Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb

İyunun 9-da ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

1news.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 181, o cümlədən borclu şəxs qismində axtarışda olan 152 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb.

Paylaş:
65

Son xəbərlər

Bütün xəbərlər