Yanvar-mayda ÜDM sabit qalıb, illik artım 0,2% olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Yanvar-mayda ÜDM sabit qalıb, illik artım 0,2% olub

Qafar Ağayev12:43 - Bu gün
Yanvar-mayda ÜDM sabit qalıb, illik artım 0,2% olub

2026-cı ilin yanvar-may aylarında Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) həcmi 51 milyard 783,8 milyon manat təşkil edib.

1news.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı “Əsas Makroiqtisadi Göstəricilərin İcmalı”nda qeyd olunub.

Məlumata görə, hesabat dövründə ÜDM-də real artım qeydə alınmayıb, lakin illik müqayisədə 0,2% artım müşahidə olunub.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 16 milyard 125,4 milyon manat olub. Bu sahədə 1% azalma, illik müqayisədə isə 0,9% geriləmə qeydə alınıb.

Qeyri neft-qaz sektorunda isə ÜDM 35 milyard 658,4 milyon manat təşkil edib. Bu sahədə 0,4% artım, illik ifadədə isə 0,7% yüksəliş müşahidə olunub.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər