Hüseyn Hüseynov: Azərbaycan investorlar üçün sabit və proqnozlaşdırıla bilən mühit yaradır | 1news.az | Xəbərlər
Cəmiyyət

Hüseyn Hüseynov: Azərbaycan investorlar üçün sabit və proqnozlaşdırıla bilən mühit yaradır

Qafar Ağayev11:37 - Bu gün
Hüseyn Hüseynov: Azərbaycan investorlar üçün sabit və proqnozlaşdırıla bilən mühit yaradır

“Rəqəmsal transformasiya Azərbaycanın iqtisadi siyasətində əsas prioritetlərdən biri kimi çıxış edir”.

“1news.az xəbər verir ki, bunu Bakıda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) təşkilatçılığı ilə “Dayanıqlılıq və Enerji Transformasiyası” mövzusunda “Technovation” forumunun açılışında iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov deyib”.

Hüseyn Hüseynov bildirib ki, bu istiqamətdə “Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyası” əsas yol xəritəsi rolunu oynayır. Onun sözlərinə görə, əsas güc texnologiya deyil, insan kapitalıdır və bu məqsədlə Coursera ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən 4Sİ Akademiyası minlərlə vətəndaşa rəqəmsal bacarıqlar qazandırıb.

O qeyd edib ki, ABŞ artıq 30 ildən çoxdur Azərbaycanın etibarlı tərəfdaşıdır və əməkdaşlıq enerji sahəsindən başlayaraq bu gün texnologiya və innovasiyaları da əhatə edir.

“ “Dell Technologies”, “Oracle”, “Microsoft” və “Amazon” kimi şirkətlərlə tərəfdaşlıq strateji texnoloji əməkdaşlığın genişləndiyini göstərir”.

Nazir müşaviri vurğulayıb ki, bu təşəbbüslər məhsuldarlığın artırılması, yeni iş yerlərinin yaradılması və rəqabətqabiliyyətliliyin gücləndirilməsinə xidmət edir.

 “Sənaye 4.0 çərçivəsində müəssisələr texnologiyaları tətbiq edir və istehsal proseslərini modernləşdirir, SOCAR Karbamid zavodunun “Rəqəmsal Mayak” statusu isə innovasiyanın real nəticəyə çevrildiyini nümayiş etdirir”.
Hüseyn Hüseynov əlavə edib ki, Azərbaycan artıq innovasiya və bilik əsaslı iqtisadi inkişaf mərhələsinə qədəm qoyub və investorlar üçün sabit, proqnozlaşdırıla bilən mühit formalaşdırır.

“Biz investorlar üçün sabit mühit, strateji mövqe və aydın inkişaf vizyonu təqdim edirik. Azərbaycan gələcəyin sənayelərini və texnologiyalarını formalaşdırmaqda etibarlı tərəfdaşdır”, – deyə o bildirib.

Paylaş:
88

Son xəbərlər

Bakıda obyekt yanır

Bu gün, 11:22
Bütün xəbərlər