Litvanın Azərbaycandakı səfirliyində üç həftə konsulluq xidməti məhdudlaşdıracaq | 1news.az | Xəbərlər
Siyasət

Litvanın Azərbaycandakı səfirliyində üç həftə konsulluq xidməti məhdudlaşdıracaq

First News Media16:18 - Bu gün
Litvanın Azərbaycandakı səfirliyində üç həftə konsulluq xidməti məhdudlaşdıracaq

Litvanın Azərbaycandakı səfirliyi 2026-cı il iyulun 18-dən avqustun 9-dək konsulluq funksiyalarının icrasını müvəqqəti dayandıracaq.

1news.az "Report"a istinadən xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin sosial şəbəkələrdəki məlumatında qeyd olunub.

Məlumata görə, qeyd olunan dövrdə səfirlikdə yalnız təcili konsulluq yardımı göstəriləcək.

Vətəndaşlara bütün əlavə suallarla bağlı [email protected] elektron poçt ünvanına müraciət etmələri tövsiyə olunur.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər