Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

First News Media16:36 - Bu gün
Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 25,112 milyon ABŞ dolları dəyərində geyim idxal edib.

1news.az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisi məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,7 % çoxdur.

Təkcə mayda Türkiyə Azərbaycana 3,501 milyon ABŞ dolları dəyərində geyim ixrac edib ki, bu da bir il əvvələ nisbətən 21,5 % azdır.

5 ayda Türkiyənin geyim ixracının ümumi dəyəri illik müqayisədə 4,4 % azalaraq 6,609 milyard ABŞ dollarına, mayda isə 14,9 % azalaraq 1,289 milyard ABŞ dollarına enib.

Türkiyədən ən çox geyim idxalını Almaniya 971,211 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 15,4 % az), Niderland 755,313 milyon ABŞ dolları (6,1 %az) və İspaniya 700,320 milyon ABŞ dolları (2,1 % çox) dəyərində həyata keçirib.

Paylaş:
79

Son xəbərlər

Bütün xəbərlər