Paytaxtın daha bir nöqtəsində nəqliyyat axını yenidən təşkil olunur - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtın daha bir nöqtəsində nəqliyyat axını yenidən təşkil olunur - VİDEO

First News Media17:46 - 16 / 06 / 2026
Paytaxtın daha bir nöqtəsində nəqliyyat axını yenidən təşkil olunur - VİDEO

Paytaxtın yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və tıxacların qarşısının alınması məqsədilə növbəti layihə icra olunur. 

1news.az AYNA-ya istinadən xəbər verir ki, yeni layihə Ə.Dəmirçizadə küçəsi ilə Xətai prospektinin kəsişməsini əhatə edəcək.

Layihə çərçivəsində sözügedən ərazidə hərəkətin təşkilində mühüm dəyişikliklər nəzərdə tutulub. Belə ki, dəyişikliyə əsasən:

- Təbriz küçəsindən Heydər Əliyev prospekti istiqamətində hərəkət edən avtomobillər artıq Dəmirçizadə küçəsindən istifadə edə bilməyəcəklər.

 - Sürücülər alternativ olaraq Koroğlu Rəhimov və Əhməd bəy Ağaoğlu küçələrinə çıxmaqla hərəkət istiqamətlərini davam etdirməli olacaqlar.

Paylaş:
593

Son xəbərlər

Bütün xəbərlər