Sakinlərin diqqətinə: bəzi ərazilərdə işıq olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sakinlərin diqqətinə: bəzi ərazilərdə işıq olmayacaq

First News Media09:18 - Bu gün
Sakinlərin diqqətinə: bəzi ərazilərdə işıq olmayacaq

Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqələrində (TM) təmir işi həyata keçiriləcək.

Bu barədə 1news.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar saat 10:00-dan 13:00-dək iyunun 16-da Zahid Xəlilov, Süleyman Dadaşov, Əbdürrəhim bəy Haqverdiyev, Əhməd Cəmil, iyunun 17-də isə Əsəd Əhmədov, Murad Mirzəyev, Məhəmməd Xiyabani küçələri, Yeni Yasamal-2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Həmçinin Nizami RETSİ ərazisində yerləşən TM-lərdə aparılacaq təmir-təftiş işləri zamanı fasilə saat 10:00-dan 13:00-dək iyunun 16-da Rüstəm Rüstəmov, Musa Əliyev, iyunun 17-də Şirin Mirzəyev və Əliağa Kürçaylı küçələrinin bəzi hissələrini əhatə edəcək.

İyunun 17-də Salyan Elektrik Şəbəkəsinə (EŞ) daxil olan Seyidsadıqlı kəndi də yenidənqurma işlərinə cəlb ediləcək. Beləliklə, saat 10:00-dan 13:00-dək Marışlı və Seyidsadıqlı kəndləri gərginliksiz qalacaq.

Təmir-təftiş və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər