Sloveniyada Mehdi Hüseynzadə haqqında sənədli film çəkilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Sloveniyada Mehdi Hüseynzadə haqqında sənədli film çəkilib

First News Media13:17 - Bu gün
Sloveniyada Mehdi Hüseynzadə haqqında sənədli film çəkilib

Sloveniyanın Lyublyana şəhərində "Njihov Mehdi, naš Mihajlo" ("Onların Mehdisi, bizim Mixaylo") sənədli filminin təqdimat mərasimi keçirilib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycanın Avstriya və Sloveniyadakı səfiri Rövşən Sadıqbəyli "X" sosial şəbəkə hesabında yazıb.

Səfir bildirib ki, Sloveniyanın aparıcı televiziya kanallarından biri olan RTV Sloveniya tərəfindən istehsal olunmuş filmin rejissoru və ssenari müəllifi Zvezdan Martiçdir:

"Sənədli film İkinci Dünya müharibəsi illərində Sloveniya xalqı ilə çiyin-çiyinə döyüşərək böyük qəhrəmanlıq göstərmiş əfsanəvi partizan Mehdi Hüseynzadə "Mixaylo"nun həyat hekayəsini təqdim edərək o dövrdə igid azərbaycanlılar və slovenlər tərəfindən nümayiş etdirilən şücaət və cəsur mübarizəni əks etdirir", - deyə o qeyd edib.

Paylaş:
75

Son xəbərlər

Bütün xəbərlər