65 yaşı tamam olan həkimlərə müjdə
Regionlarda həkim çatışmazlığı var və biz bu məsələni dəfələrlə qaldırmışıq.
Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib.
O hesab edir ki, bu istiqamətdə atılan addımlar öz uğurlu nəticəsini verəcək. Ə.Əmiraslanov bildirib ki, həkimlər, əsasən, böyük şəhərlərdə çalışırlar və müəyyən regionda həkim çatışmazlığı problemi var.
"Bu istiqamətdə aparılan işlərdən biri də 65 yaşına çatmış həkimlərin işləməsinə icazə verilməsidir. Bu istiqamətdə Səhiyyə Nazirliyi ilə iş aparılır və ümid edirik ki, 65 yaşına çatmış həkimlərin işləməsinə icazə veriləcək", - komitə sədri əlavə edib.
85












