Füzulidə 4 tona yaxın çətənə bitkisi məhv edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Füzulidə 4 tona yaxın çətənə bitkisi məhv edilib

First News Media14:20 - Bu gün
Füzulidə 4 tona yaxın çətənə bitkisi məhv edilib

Füzulidə 3 tondan artıq yabanı çətənə bitkisi məhv edilib.

1news.az APA-ya istinadən xəbər verir ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaşxaş-2026” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbir keçirilib.
Keçirilən tədbir nəticəsində Füzuli rayonunun işğaldan azad edilmiş Əbdürrəhmanlı kəndi ərazisində yerləşən 3 hektar sahədən 7847 ədəd, ümumi çəkisi 3 ton 840 kiloqram olan yabanı halda bitmiş çətənə kolu aşkar edilib.

Aşkarlanan narkotik tərkibli bitkilər kökündən çıxarılaraq yandırılma yolu ilə məhv edilib.

Paylaş:
91

Son xəbərlər

Bütün xəbərlər