Oman Sultanı Prezident İlham Əliyevə təbrik ünvanlayıb | 1news.az | Xəbərlər
Siyasət

Oman Sultanı Prezident İlham Əliyevə təbrik ünvanlayıb

First News Media17:21 - Bu gün
Oman Sultanı Prezident İlham Əliyevə təbrik ünvanlayıb

Omanın Sultanı Heytəm bin Tariq Al Səid Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

1news.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırmaqdan böyük məmnunluq duyuram.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi, sülh və firavanlıq arzulayıram".

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər