Məhkumun Göygöldə gizlətdiyi silah-sursat aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Məhkumun Göygöldə gizlətdiyi silah-sursat aşkarlanıb

First News Media17:44 - Bu gün
Məhkumun Göygöldə gizlətdiyi silah-sursat aşkarlanıb

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən birgə əməliyyat-axtarış tədbiri keçirilib.

1news.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbir nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrindən birində cəza çəkən məhkumun həbs edilməzdən əvvəl Göygöl rayonunun Çaylı kəndi ərazisində gizlətdiyi silah-sursat aşkar olunub.

Araşdırmalar zamanı həmin ərazidən 2 ədəd “TOZ-8” markalı odlu silah, silahlara məxsus 13 ədəd patron və 1 ədəd süngü bıçaq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər