Tovuz stansiyası və Soyuqbulaq–Salahlı sahələrində enerji sistemi yenilənib | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuz stansiyası və Soyuqbulaq–Salahlı sahələrində enerji sistemi yenilənib

First News Media14:26 - Bu gün
Tovuz stansiyası və Soyuqbulaq–Salahlı sahələrində enerji sistemi yenilənib

ADY Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz stansiyası və Soyuqbulaq-Salahlı sahəsində enerji sistemini yeniləyib.

1news.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

ADY-dən bildirilib ki, Ağstafa stansiyasında isə işlər tamamlanma mərhələsindədir.

"ADY Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz stansiyası və Soyuqbulaq-Salahlı sahəsində enerji sistemini yeniləyib. Yenilənmiş kontakt şəbəkə sayəsində enerjidən səmərəli istifadə, hərəkət təhlükəsizliyi və sürətinin yüksəldilməsi, sərnişin və yük həcminin artırılması təmin ediləcək", - deyə QSC-nin məlumatında qeyd olunub.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər