Paytaxtda velosipedçilərin təhlükəsizliyi üçün yeni addım | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtda velosipedçilərin təhlükəsizliyi üçün yeni addım

First News Media09:40 - Bu gün
Paytaxtda velosipedçilərin təhlükəsizliyi üçün yeni addım

Paytaxt yollarında velosiped və kiçik elektrik nəqliyyat vasitələrini idarə edənlərin təhlükəsizliyini artırmaq məqsədilə daha 19 yolayrıcında mövcud olan svetoforlara 42 ədəd velosiped bölməsi quraşdırılaraq istifadəyə verilib.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən görülən işlər çərçivəsində paytaxtın Nəsimi və Yasamal rayonlarındakı svetoforlara quraşdırılan velosiped bölmələri yeni nəsil LED işıqlandırma ilə təchiz olunub.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər