Xəzərdə qanunsuz balıq ovlayan şəxs saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Xəzərdə qanunsuz balıq ovlayan şəxs saxlanıldı

First News Media17:43 - Bu gün
Xəzərdə qanunsuz balıq ovlayan şəxs saxlanıldı

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbir zamanı Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb.

1news.az DİN-ə istinadən xəbər verir ki, Abşeron Xətt Polis Məntəqəsinin əməkdaşlarının həyata keçirdikləri ekoloji xarakterli tədbirlərlə Xəzər rayonu Zirə qəsəbəsi yaxınlığında qanunsuz balıq ovu ilə məşğul olan 30 yaşlı E.Çərkəzov müəyyən edilərək saxlanılıb. Yoxlama zamanı ondan qanunsuz balıq ovunda istifadə etdiyi sintetik torlar, ümumi çəkisi 26 kiloqram olan 95 ədəd müxtəlif növ balıq aşkarlanıb. Araşdırma zamanı həmin şəxsin təbiətə 1067 manat maddi ziyan vurduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər