Evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı

First News Media16:32 - 05 / 08 / 2026
Evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı

Abşeron rayonunda yerləşən mənzillərin birindən ümumi dəyəri 5 min manat olan qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
 
1news.az xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı R.Quliyeva müəyyən edilərək saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin özünü mənzil almaq istəyən müştəri kimi təqdim edərək mənzilə daxil olduğu və ev sahibinin diqqətinin yayınmasından istifadə edərək oğurluq etdiyi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
301

Son xəbərlər

Bütün xəbərlər