Türkiyə Hərbi Hava Qüvvələrinin ilk qadın generalı təyin olunub
Türkiyədə 2026-cı il Ali Hərbi Şuranın (YAŞ) iclasının yekunlarına əsasən Polkovnik Özlem Karapınar briqada generalı rütbəsinə yüksəldilib.
1news.az xəbər verir ki, bununla da Özlem Karapınar Türkiyə Hərbi Hava Qüvvələrinin ilk qadın generalı, eyni zamanda Türk Silahlı Qüvvələrində general rütbəsi alan ilk qadın zabit kimi tarixə düşüb.
Bildirilir ki, Özlem İyidilli Karapınar əvvəlcə Ege Universitetinin Tibb fakültəsinə qəbul olsa da, sonradan Hərbi Hava Məktəbindən aldığı dəvəti qəbul edərək hərbi karyeranı seçib. Uzun illər Türkiyə Hərbi Hava Qüvvələrində müxtəlif hərbi hissə və qərargahlarda xidmət edən Karapınar YAŞ-ın qərarı ilə briqada generalı rütbəsinə layiq görülüb.
Məlumata görə, müəllim Mehmet Emin İyidillinin qızı olan Özlem Karapınar evlidir və bir övladı var.
Qeyd edək ki, onun general rütbəsinə yüksəldilməsi Türkiyə Silahlı Qüvvələrində qadınların yüksək rəhbər vəzifələrdə təmsilçiliyi baxımından tarixi hadisə kimi qiymətləndirilir.












