Birgə əməliyyat: Məhkumun gizli silah-sursatı üzə çıxdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Birgə əməliyyat: Məhkumun gizli silah-sursatı üzə çıxdı

First News Media15:02 - Bu gün
Birgə əməliyyat: Məhkumun gizli silah-sursatı üzə çıxdı

Məhkumun həbsdən əvvəl gizlətdiyi silah-sursat aşkarlanıb.

1news.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.

"Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Abşeron rayonu, Digah qəsəbəsi ərazisində torpağa basdırılaraq gizlədilmiş 1 ədəd "Kalaşnikov" markalı avtomat silah, ona məxsus 1 ədəd daraq və 96 ədəd 7,62 kalibrli güllə, 1 ədəd əl qumbarası aşkar edilərək götürülüb", - məlumatda bildirilib.

Qeyd edilib ki, faktla bağlı araşdırma aparılır.

Paylaş:
56

Son xəbərlər

Bütün xəbərlər