Tənqidlərdən sonra şirkət videonu sildi, Taleh Yüzbəyov yenidən paylaşdı - VİDEO
Aktyor Taleh Yüzbəyov son günlər sosial şəbəkələrdə və ictimaiyyətdə geniş müzakirələrə səbəb olan reklam çarxının artıq silindiyini açıqlayıb.
1news.az xəbər verir ki, reklam çarxında estetik əməliyyat etdirən qadınlara eyham vurularaq "təbii dondurma"nın üstünlüyü vurğulanırdı.
Reklam videosu şirkətin istəyi ilə sosial şəbəkə hesabından yığışdırılıb. Şirkət də videonun müzakirə doğuran hissəsini öz rəsmi səhifəsindən silib.
Öz sosial şəbəkə hesabında paylaşım edən aktyor bildirib ki, şirkətin istəyi ilə videonun tam versiyası onların səhifəsindən qaldırıldı.
"Reklamsız versiyası isə buradadır. İstədiyiniz qədər baxa, bəyənə və ya bəyənməyə bilərsiniz".
79












