İlin ilk altı ayında xaricdə alınan 9 elmi dərəcə Azərbaycanda tanınmayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İlin ilk altı ayında xaricdə alınan 9 elmi dərəcə Azərbaycanda tanınmayıb

1news Redaksiyası16:49 - 16 / 07 / 2026
İlin ilk altı ayında xaricdə alınan 9 elmi dərəcə Azərbaycanda tanınmayıb

Bu ilin birinci yarısında (yanvar-iyun) Azərbaycanda xarici ölkədə verilən 48 fəlsəfə doktoru elmi dərəcəsinin sənədi tanınıb.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası məlumat yayıb.

Həmin müddətdə 8 nəfərin fəlsəfə doktoru və tanınma üçün müraciət edən 1 nəfərin isə elmlər doktoru elmi dərəcəsi tanınmayıb. Eyni zamanda altı ay ərzində elmlər doktoru elmi dərəcəsi üzrə xaricdə verilən heç bir sənəd üçün müraciət qeydə alınmayıb.

Bundan başqa, fəlsəfə doktoru elmi dərəcəsi üzrə tanınan 48 sənədin 25-i Türkiyədə verilib.

Paylaş:
483

Son xəbərlər

Lənkəranda zəlzələ olub

29 / 09 / 2026, 16:07
Bütün xəbərlər