Qəhvəyi mərmər bağacığına qarşı tədbirlər davam edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəhvəyi mərmər bağacığına qarşı tədbirlər davam edir

1news Redaksiyası10:39 - 21 / 07 / 2026
Qəhvəyi mərmər bağacığına qarşı tədbirlər davam edir

Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə fitosanitar nəzarət tədbirləri davam etdirilir.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi üzrə Tədbirlər Planına uyğun olaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları tərəfindən Gəncə şəhəri, eləcə də Samux rayonunun Zazalı və Çobanabdallı kəndlərində monitorinqlər aparılıb. Meyvə bağları və parklarda fitosanitar müşahidələr həyata keçirilib, feromon tələlər asılıb.

Bununla yanaşı, sakinlərə zərərvericinin yayılma yolları, mübarizə üsulları barədə ətraflı məlumat verilib, maarifləndirici çap materialları paylanıb.

Paylaş:
244

Son xəbərlər

Lənkəranda zəlzələ olub

29 / 09 / 2026, 16:07
Bütün xəbərlər