Suriyadan repatriasiya edilən vətəndaşlar üçün sosial reabilitasiya tədbirləri görülür - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Suriyadan repatriasiya edilən vətəndaşlar üçün sosial reabilitasiya tədbirləri görülür - FOTO

First News Media15:48 - Bu gün
Suriyadan repatriasiya edilən vətəndaşlar üçün sosial reabilitasiya tədbirləri görülür - FOTO

Suriyadan Azərbaycana repatriasiya olunmuş daha 16 vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib.

1news.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Qeyd edilib ki, onlardan 9-u uşaq, 7-si qadındır. Repatriasiya olunmuş şəxslərə ilkin tibbi və sosial-psixoloji yardım göstərilib:

"Vətəndaşların reabilitasiya prosesi başa çatdıqdan sonra onlar evlərinə yola salınacaqlar. Növbəti mərhələdə isə Agentliyin sosial işçiləri və psixoloqları onların yaşadıqları ünvana gedərək təfsilatlı qiymətləndirmə aparacaqlar".

Həmçinin bildirilib ki, son illərdə Sosial Xidmətlər Agentliyi ölkəmizə repatriasiya edilmiş 600-dən çox şəxsi sosial reabilitasiya xidmətlərinə cəlb edib. Hazırda 84 repatriantla sosial reabilitasiya işi davam etdirilir.

Paylaş:
146

Son xəbərlər

Bütün xəbərlər