İsrailin Qəzzaya hücumu nəticəsində fələstinli ana və 4 övladı həlak oldu | 1news.az | Xəbərlər
Dünya

İsrailin Qəzzaya hücumu nəticəsində fələstinli ana və 4 övladı həlak oldu

Oksana Orucova16:08 - Bu gün
İsrailin Qəzzaya hücumu nəticəsində fələstinli ana və 4 övladı həlak oldu

İsrail ordusunun atəşkəs rejiminə baxmayaraq Qəzza zolağına endirdiyi növbəti zərbə nəticəsində bir fələstinli ana və onun dörd övladı həyatını itirib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, Qəzzanın Mülki Müdafiə İdarəsinin yaydığı məlumata görə, İsrail ordusu Qəzza şəhərinin cənubunda yerləşən əs-Səlasin küçəsində "əl-Misri" ailəsinə məxsus yaşayış evini bombalayıb.

Hücum nəticəsində ana, onun üç qızı və bir oğlu həlak olub.

Hadisədən sonra xilasedicilər həlak olanların cəsədlərini dağıntılar altından çıxarıblar. Yanğınsöndürənlər isə zərbə nəticəsində evdə baş vermiş yanğını söndürərək nəzarət altına alıblar.

Qeyd edək ki, İsrail ordusu 10 oktyabr 2025-ci ildə qüvvəyə minən atəşkəs rejiminə baxmayaraq Qəzza zolağında hərbi əməliyyatlarını davam etdirir. Məlumatlara görə, 2023-cü ilin oktyabrından bəri bölgədə həyata keçirilən hücumlar nəticəsində 73 mindən çox fələstinli həyatını itirib.

Paylaş:
119

Son xəbərlər

Bütün xəbərlər