Kəlbəcərdə sursat partladı, bir nəfər yaralandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Kəlbəcərdə sursat partladı, bir nəfər yaralandı

1news Redaksiyası14:59 - 21 / 07 / 2026
Kəlbəcərdə sursat partladı, bir nəfər yaralandı

Kəlbəcər rayonunun Zəylik kəndi ərazisində sursat partlayışı hadisəsi baş verib.

1news.az xəbər verir ki, bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.

Bildirilib ki, 1987-ci il təvəllüdlü Qazax rayon sakini İsgəndərov Sərxan Ələsgər oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən sursat partlayışı nəticəsində xəsarət alıb.

Faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş:
861

Son xəbərlər

Lənkəranda zəlzələ olub

29 / 09 / 2026, 16:07
Bütün xəbərlər