“Vital Hospital”da ölü doğulan uşağın zirzəmiyə atıldığı iddialarına görə ilə araşdırma başlandı - VİDEO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

“Vital Hospital”da ölü doğulan uşağın zirzəmiyə atıldığı iddialarına görə ilə araşdırma başlandı - VİDEO - YENİLƏNİB

Qafar Ağayev14:20 - Bu gün
“Vital Hospital”da ölü doğulan uşağın zirzəmiyə atıldığı iddialarına görə ilə  araşdırma başlandı - VİDEO - YENİLƏNİB

Paytaxtın Yasamal rayonu ərazisində yerləşən "Vital Hospital"la bağlı sosial media səhifələrində yayılan məlumatlar üzrə araşdırma aparılır.

1news.az xəbər verir ki, bu barədə Baş Prokurorluq sorğuya cavab olaraq bildirib. 

Qeyd olunub ki, bəzi sosial media səhifələrində yayılan məlumatlarla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırldaq ki, "Vital Hospital"da ölü doğulan uşağın zirzəmiyə atıldığı iddia edilib. Belə ki, bu barədə zərərçəkən sosial media hesablarında paylaşım edib.

Paylaşımlarda zərərçəkən şəxs iddia edib ki, heç bir müalicəsinə, müayinəsinə baxmayaraq, körpəsi ölü doğulub və onun meyiti morqa qoyulmayıb, zirzəmiyə atılıb.

***

11:31

Sosial şəbəkələrdə “Vital Hospital”la bağlı yayılan məlumat Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin diqqətindədir.

1news.az xəbər verir ki, məsələ ilə bağlı araşdırmaya başlanılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb.

Araşdırmanın nəticələrinə əsasən ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırldaq ki, "Vital Hospital"da ölü doğulan uşağın zirzəmiyə atıldığı iddia edilib. Belə ki, bu barədə zərərçəkən sosial media hesablarında paylaşım edib.

Paylaşımlarda zərərçəkən şəxs iddia edib ki, heç bir müalicəsinə, müayinəsinə baxmayaraq, körpəsi ölü doğulub və onun meyiti morqa qoyulmayıb, zirzəmiyə atılıb.

Paylaş:
374

Son xəbərlər

Bütün xəbərlər