Argentina Prezidenti milli komandanı müdafiə etdi: Bizi gözardı edə bilmirlər, qısqanırlar | 1news.az | Xəbərlər
Cəmiyyət

Argentina Prezidenti milli komandanı müdafiə etdi: Bizi gözardı edə bilmirlər, qısqanırlar

1news Redaksiyası12:08 - 24 / 07 / 2026
Argentina Prezidenti milli komandanı müdafiə etdi: Bizi gözardı edə bilmirlər, qısqanırlar

2026-cı il FIFA Dünya Kubokunda Argentina milli komandasının çıxışını tənqid edən sosial media istifadəçilərinə cavab verən Argentina Prezidenti Xavyer Miley ölkəsinin uğurları səbəbindən "qısqanclıqla qarşılandığını" bildirib.

1news.az xəbər verir ki, Miley "Instagram" hesabında paylaşdığı açıqlamada beynəlxalq mediada Argentina millisinin Dünya Kubokundakı çıxışı ilə bağlı səsləndirilən tənqidlərə münasibət bildirib.

Ölkəsinin qısqanclıqla qarşılandığını vurğulayan Miley deyib:

"Düşmənlərin varsa, deməli, vaxtilə hansısa dəyəri müdafiə etmisən. Biz Argentinanı müdafiə edirik. Argentina ilə bağlı məsələ ondadır ki, biz diqqət çəkirik, gözardı edilmirik. Bizi qısqanırlar və demək olar ki, hər sahədə möhtəşəmik. İndi dünya daxilində argentinalılar olan bir ölkənin nələrə qadir olduğunu görəcək."

Miley paylaşımında süni intellekt vasitəsilə hazırlanmış görüntüyə də yer verib. Həmin görüntüdə köynəyini açaraq Argentina milli komandasının formasını göstərən prezident "Yaşasın Argentina!" mesajını paylaşıb.

Qeyd edək ki, 2026-cı il FIFA Dünya Kubokunun finalında İspaniya Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə dünya çempionu olub.

Paylaş:
289

Son xəbərlər

Lənkəranda zəlzələ olub

29 / 09 / 2026, 16:07
Bütün xəbərlər