Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırıldı, Türkiyəyə təyin edildi - SƏRƏNCAM | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırıldı, Türkiyəyə təyin edildi - SƏRƏNCAM

Qafar Ağayev13:52 - Bu gün
Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırıldı, Türkiyəyə təyin edildi - SƏRƏNCAM

Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırılıb.

1news.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının İtaliya Respublikasında, eyni zamanda Malta Respublikasında, San Marino Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Dövlət başçısının digər Sərəncamı ilə Rəşad Aslanov Azərbaycanın Türkiyədəki səfiri vəzifəsinə təyin edilib.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər