Bu ilin 6 ayında cinayət işləri üzrə icraata xitam verilməsinə dair 355 qərar ləğv olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu ilin 6 ayında cinayət işləri üzrə icraata xitam verilməsinə dair 355 qərar ləğv olunub

1news Redaksiyası15:49 - 24 / 07 / 2026
Bu ilin 6 ayında cinayət işləri üzrə icraata xitam verilməsinə dair 355 qərar ləğv olunub

Azərbaycanda bu ilin 6 ayında cinayət işləri üzrə icraata xitam verilməsinə dair 355 qərar əsassız və qanunsuz hesab edilərək ləğv olunub.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prokurorluğu orqanlarında 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair geniş kollegiya iclasında qeyd olunub.

Bildirilib ki, cari ilin birinci yarımilində istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarətin səmərəliliyinin artırılması məqsədilə prosessual rəhbərlik və effektiv nəzarətin həyata keçirilməsini təmin edəcək mexanizmin təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülüb.

Paylaş:
289

Son xəbərlər

Lənkəranda zəlzələ olub

29 / 09 / 2026, 16:07
Bütün xəbərlər