Banqladeş Prezidenti istefa verdi - SƏBƏB | 1news.az | Xəbərlər
Dünya

Banqladeş Prezidenti istefa verdi - SƏBƏB

Qafar Ağayev16:28 - Bu gün
Banqladeş Prezidenti istefa verdi - SƏBƏB

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin səhhətində yaranan problemlərlə əlaqədar istefa verib.

1news.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Prezident qərarının səbəbini açıqlayarkən, müxtəlif sağlamlıq problemlərindən əziyyət çəkdiyini bildirib.

Onun istefasından sonra Milli Parlamentin sədri Hafiz Uddin Əhməd təcili mətbuat konfransı çağırıb. Banqladeş Konstitusiyasına əsasən, yeni dövlət başçısı seçilənədək prezident səlahiyyətlərini parlamentin sədri icra edəcək.

Qeyd edək ki, Məhəmməd Şahabuddin 2011–2016-cı illərdə Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının komissarı vəzifəsində çalışıb. O, 2023-cü ildə Banqladeşin 22-ci prezidenti kimi and içərək vəzifəsinin icrasına başlayıb.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər