Gürcüstandan azərbaycanlılar da daxil 96 əcnəbi deportasiya edilib | 1news.az | Xəbərlər
Siyasət

Gürcüstandan azərbaycanlılar da daxil 96 əcnəbi deportasiya edilib

1news Redaksiyası11:47 - 30 / 07 / 2026
Gürcüstandan azərbaycanlılar da daxil 96 əcnəbi deportasiya edilib

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsinin əməkdaşları son günlər keçirilən tədbirlər nəticəsində 96 xarici vətəndaşı ölkədən çıxarıb.

1news.az  xəbər verir ki,  bu barədə Gürcüstan DİN məlumat yayıb.

Məlumata görə, Miqrasiya İdarəsi nazirliyin müvafiq bölmələri ilə koordinasiyalı şəkildə həyata keçirdiyi kompleks tədbirlər nəticəsində Səudiyyə Ərəbistanı, Azərbaycan, Türkmənistan, Türkiyə, Çin, Rusiya, Hindistan, Misir, Sudan, İraq, Küveyt, Nigeriya, Belarus, Kuba, Fil Dişi Sahili, Madaqaskar, Albaniya, Özbəkistan, Livan, Mərakeş, İordaniya, Tailand və digər ölkələrin ümumilikdə 96 vətəndaşını Gürcüstandan deportasiya edib.

Nazirlik bildirib ki, qüvvədə olan qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin Gürcüstana yenidən girişinə qadağa qoyulub.

Paylaş:
276

Son xəbərlər

Lənkəranda zəlzələ olub

29 / 09 / 2026, 16:07
Bütün xəbərlər