Rusiya Ukraynaya kütləvi raket və PUA hücumu edib: 8 nəfər ölüb | 1news.az | Xəbərlər
Dünya

Rusiya Ukraynaya kütləvi raket və PUA hücumu edib: 8 nəfər ölüb

Oksana Orucova12:06 - Bu gün
Rusiya Ukraynaya kütləvi raket və PUA hücumu edib: 8 nəfər ölüb

Rusiya ordusu gecə saatlarında Ukraynanın müxtəlif bölgələrinə genişmiqyaslı raket və pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçirib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

Onun sözlərinə görə, Dnepropetrovsk vilayətinin Raduşne qəsəbəsində yaşayış evinə ballistik raketin düşməsi nəticəsində ata, ana və üç uşaq olmaqla eyni ailədən 5 nəfər həyatını itirib. Dağıntılar altından iki uşaq sağ çıxarılıb.

Zelenski bildirib ki, Lvovda da yaşayış binası vurulub və axtarış-xilasetmə işləri davam edir.

Prezidentin sözlərinə görə, hücumlar Kiyev, Dnepropetrovsk, Lvov, Poltava, Xarkov, Nikolayev, Sumı, Vinnitsa, Çerkası və İvano-Frankovsk vilayətlərini əhatə edib. Zərbələr nəticəsində yaşayış evləri və infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Zelenski qeyd edib ki, Rusiya hücum zamanı 70-dən çox raket və 280-dən artıq PUA-dan istifadə edib. O əlavə edib ki, Ukrayna hava hücumundan müdafiə qüvvələri 260-dan çox pilotsuz uçuş aparatını zərərsizləşdirib.

Paylaş:
57

Son xəbərlər

Bütün xəbərlər