Hindistanın Assam ştatında daşqın qurbanlarının sayı 78-ə çatdı | 1news.az | Xəbərlər
Dünya

Hindistanın Assam ştatında daşqın qurbanlarının sayı 78-ə çatdı

Oksana Orucova10:31 - Bu gün
Hindistanın Assam ştatında daşqın qurbanlarının sayı 78-ə çatdı

Hindistanın şimal-şərqində yerləşən Assam ştatında güclü yağışların yaratdığı daşqınlarda həyatını itirənlərin sayı 78-ə yüksəlib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, Assam Ştatı Fövqəladə Halların İdarə Olunması Agentliyinin (ASDMA) yaydığı məlumata görə, son olaraq daha üç nəfərin cəsədi tapılıb. Hazırda bölgədə axtarış-xilasetmə işləri və zərərçəkənlərə yardım göstərilməsi davam edir.

Ştatın baş naziri Himanta Bisva Sarma bildirib ki, daşqınlardan indiyədək 1,1 milyondan çox insan zərər çəkib. Onun sözlərinə görə, 8 nəfər isə hələ də itkin düşmüş hesab olunur.

Rəsmilər qeyd ediblər ki, zərərçəkənlər üçün ştat ərazisində 1718 müvəqqəti yardım mərkəzi fəaliyyət göstərir.

Hindistan Meteorologiya Departamenti qarşıdakı 3–4 gün ərzində Assamın bir sıra bölgələrində çox güclü yağışların davam edəcəyini proqnozlaşdırıb.

Bununla əlaqədar səlahiyyətli qurumlar sakinlərə ehtiyatlı olmağı, zəruri olmadıqca güclü yağış zamanı səfərə çıxmamağı tövsiyə ediblər.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər