Azərbaycan 6 ayda dövlət istiqrazları üzrə ödənişlərinin məbləğini açıqlayıb
Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulmuş daxili dövlət borcuna xidmət xərclərindən dövlət istiqrazları üzrə faiz və diskont ödənişlərinin yerinə yetirilməsinə 275,9 milyon manat məbləğində vəsait istifadə edilib.
1news.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, 6 ayda 1 971,9 milyon manat məbləğində dövlət istiqrazları üzrə vaxtı çatmış əsas borc vəsaiti investorlara geri ödənilib, habelə 200 milyon manat məbləğində dövlət istiqrazları daxili maliyyə bazarında yerləşdirilib.
75












