“Behzat Ç.”nin ulduzu Erdal Beşikçioğlu saxlanıldı
Ankarada CHP-nin idarə etdiyi Etimesqut Bələdiyyəsinə qarşı əməliyyat keçirilib.
1news.az xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, əməliyyat zamanı Etimesqut Bələdiyyəsinin sədri Erdal Beşikçioğlu da daxil olmaqla, çox sayda şəxs saxlanılıb.
Əməliyyatın hansı cinayət işi və ya istintaq çərçivəsində həyata keçirildiyi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Etimesqut Bələdiyyəsinin inzibati binasında, eləcə də saxlanılan şəxslərin yaşadıqları ünvanlarda axtarış aparıblar.
Xatırladaq ki, Erdal Beşikçioğlu "Behzat Ç.", "Körpü" və "Bergen" kimi yadda qalan ekran işlərində canlandırdığı rollarla geniş tamaşaçı sevgisi qazanıb.
65












