Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır

1news Redaksiyası13:23 - 30 / 07 / 2026
Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır

Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycanın İslamabaddakı səfiri Xəzər Fərhadovu diplomatik missiyasının başa çatması ilə əlaqədar qəbul edib.

1news.az xəbər verir ki, bu barədə X.Fərhadov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Pakistanın Baş naziri Şahbaz Şərifə vida səfəri etmək mənim üçün böyük şərəf idi. Qardaş ölkələrimiz bütün əməkdaşlıq sahələrində strateji tərəfdaşlığı daim daha da yüksək səviyyəyə qaldıracaqlar", - diplomat yazıb.

 

 

Paylaş:
259

Son xəbərlər

Lənkəranda zəlzələ olub

29 / 09 / 2026, 16:07
Bütün xəbərlər