Bəxtiyor Saidov Azərbaycanın Özbəkistandakı səfirinin etimadnaməsinin surətini qəbul edib | 1news.az | Xəbərlər
Siyasət

Bəxtiyor Saidov Azərbaycanın Özbəkistandakı səfirinin etimadnaməsinin surətini qəbul edib

First News Media15:07 - Bu gün
Bəxtiyor Saidov Azərbaycanın Özbəkistandakı səfirinin etimadnaməsinin surətini qəbul edib

Özbəkistanın xarici işlər naziri Bəxtiyor Səidov Azərbaycanın Daşkənddə yeni təyin olunmuş səfiri Rəşad Məmmədovun etimadnaməsinin surətini qəbul edib.

1news.az xəbər verir ki, bu barədə Özbəkistanın xarici siyasət idarəsinin rəhbəri özünün sosial şəbəkələrdəki səhifələrində yazıb.

Görüş zamanı tərəflər siyasi dialoqun yüksək dinamikasının qorunub saxlanılmasına, ticari-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə, eləcə də nəqliyyat və logistika sahəsində birgə layihələrin təşviq edilməsinə diqqət yetiriblər.

"Əminik ki, səfirin zəngin diplomatik təcrübəsi Özbəkistan-Azərbaycan müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsinə və əməkdaşlığımızın yeni praktiki nəticələrlə zənginləşdirilməsinə töhfə verəcək", - B.Saidov yazıb.

Xatırladaq ki, iyulun 24-də Prezident İlham Əliyevin sərəncamı ilə Rəşad Məmmədov Azərbaycanın Özbəkistandakı səfiri təyin edilib. R.Məmmədov bundan əvvəl Azərbaycanın Türkiyədəki səfiri vəzifəsində çalışıb.

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər