Elçin Hüseynli Azərbaycanın Hindistandakı səfiri vəzifəsindən azad edildi, İtaliyaya təyin olundu | 1news.az | Xəbərlər
Siyasət

Elçin Hüseynli Azərbaycanın Hindistandakı səfiri vəzifəsindən azad edildi, İtaliyaya təyin olundu

Qafar Ağayev14:05 - Bu gün
Elçin Hüseynli Azərbaycanın Hindistandakı səfiri vəzifəsindən azad edildi, İtaliyaya təyin olundu

Elçin Nəriman oğlu Hüseynli Azərbaycanın Hindistanda, eyni zamanda Banqladeşdə, Butan Krallığında, Maldiv Respublikasında, Nepalda və Şri-Lanka Demokratik Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

1news.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə E.Hüseynli Azərbaycanın İtaliyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, Elçin Hüseynli 2023-cü ildə Azərbaycanın Hindistandakı səfiri təyin edilmişdi.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər