Sumqayıtda “103” xəttində nasazlıq: Alternativ nömrələr açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda “103” xəttində nasazlıq: Alternativ nömrələr açıqlandı

First News Media13:47 - Bu gün
Sumqayıtda “103” xəttində nasazlıq: Alternativ nömrələr açıqlandı

Sumqayıtda təcili yardımın "103" qısa nömrəsinə zənglərdə problem yaranıb.

1news.az xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin rəsmi sosial media hesabında məlumat paylaşılıb.

Məlumata görə, problem texniki nasazlıqdan qaynaqlanıb:

"Baş vermiş texniki nasazlıq ilə əlaqədar Sumqayıt Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının “103” qısa nömrəsinə zənglərdə çətinlik müşahidə olunur", - məlumatda vurğulanıb.

Bildirilib ki, problem aradan qaldırılanadək təcili tibbi yardıma müraciət etmək üçün aşağıdakı nömrələrlə əlaqə saxlamaq xahiş olunur:

(018) 656-03-03

(018) 643-03-20

"Yaranmış müvəqqəti narahatlığa görə üzr istəyirik. Problemin aradan qaldırılması istiqamətində müvafiq qurumla koordinasiyalı iş aparılır", - Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin məlumatında qeyd edilib.

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər