Günvurma ilə bağlı çağırışlar artdı: TƏBİB rəqəmləri açıqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Günvurma ilə bağlı çağırışlar artdı: TƏBİB rəqəmləri açıqladı

1news Redaksiyası12:15 - 03 / 08 / 2026
Günvurma ilə bağlı çağırışlar artdı: TƏBİB rəqəmləri açıqladı

İyul ayında günvurma ilə əlaqədar 32 müraciət qeydə alınıb.

TƏBİB-in 1news.az-ın sorğusuna cavab olaraq verdiyi məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 2026-cı ilin iyul ayı ərzində günvurma ilə bağlı ümumilikdə 32 müraciət daxil olub.

Məlumata əsasən, müraciət edənlərdən 12 nəfər hospitalizasiya edilib, 17 nəfərə yerində tibbi yardım göstərilib, 3 nəfər isə hospitalizasiyadan imtina edib.

Müraciət edənlərin 17-si kişi, 15-i qadın olub.

TƏBİB vətəndaşlara günün ən isti saatlarında açıq havada uzun müddət qalmamağı, kifayət qədər maye qəbul etməyi və günvurmadan qorunmaq üçün zəruri təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edib.

Paylaş:
238

Son xəbərlər

Lənkəranda zəlzələ olub

29 / 09 / 2026, 16:07
Bütün xəbərlər