Ucarda qəsdən yanğın törədən şəxs cəzalandırıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ucarda qəsdən yanğın törədən şəxs cəzalandırıldı

1news Redaksiyası13:57 - 03 / 08 / 2026
Ucarda qəsdən yanğın törədən şəxs cəzalandırıldı

Ucar rayonunda qəsdən yanğın törədən şəxs müəyyən edilərək barəsində hüquqi tədbirlər görülüb.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Bağırbəyli kəndi ərazisində baş vermiş yanğın hadisəsi ilə bağlı polis əməkdaşları tərəfindən araşdırmalar aparılıb.

Nəticədə hadisənin kənd sakini T.Zülfüqarov tərəfindən qəsdən törədildiyi müəyyən edilib.

Hadisə nəticəsində 2 hektar ərazidə quru otlaq sahəsi yanıb.

Faktla bağlı əməli törədən şəxs barəsində qanunvericiliyə uyğun hüquqi məsuliyyət tədbirləri görülüb.

Paylaş:
240

Son xəbərlər

Lənkəranda zəlzələ olub

29 / 09 / 2026, 16:07
Bütün xəbərlər