İşlədikləri marketi taladılar: Minlərlə manatlıq oğurluq üzə çıxdı | 1news.az | Xəbərlər
Cəmiyyət

İşlədikləri marketi taladılar: Minlərlə manatlıq oğurluq üzə çıxdı

1news Redaksiyası14:10 - 03 / 08 / 2026
İşlədikləri marketi taladılar: Minlərlə manatlıq oğurluq üzə çıxdı

Bakının Nizami rayonunda çalışdıqları marketdən elektrik naqilləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə sözügedən marketdən 6612 manat dəyərində elektrik naqili oğurlamaqda şübhəli bilinən 47 yaşlı C.Hüseynzadə, 33 yaşlı E.Hüseynov və həmyaşıdı Ə.Mammedov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla həmin şəxslərin bir müddət əvvəl marketin anbarında çalışdıqları və oğurladıqları naqilləri əlvan metal qəbulu məntəqələrinə satdıqları məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
249

Son xəbərlər

Lənkəranda zəlzələ olub

29 / 09 / 2026, 16:07
Bütün xəbərlər