Azərbaycan XİN Pakistana başsağlığı verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan XİN Pakistana başsağlığı verib

1news Redaksiyası12:39 - 03 / 08 / 2026
Azərbaycan XİN Pakistana başsağlığı verib

Pakistanın Bəlucistan əyalətində baş verən və çoxsaylı insanın həyatına son qoyan kömür mədəni qəzası ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi başsağlığı verib.

1news.az xəbər verir ki, bu barədə “X” hesabında paylaşım edilib.

Bildirilib ki, faciə nəticəsində həyatını itirənlərlə bağlı xəbər dərin kədər hissi ilə qarşılanıb.

"Hadisə zamanı həlak olanların ailələrinə, qardaş Pakistan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralananlara tezliklə şəfa diləyir, zərərçəkənlərin mümkün qədər qısa zamanda təhlükəsiz yerə çatdırılacağına ümid edirik", – deyə bəyanatda qeyd olunub.

Paylaş:
222

Son xəbərlər

Lənkəranda zəlzələ olub

29 / 09 / 2026, 16:07
Bütün xəbərlər