Dövlət Başçısı Fələstin səfirliyinə maliyyə dəstəyini təsdiqlədi | 1news.az | Xəbərlər
Rəsmi

Dövlət Başçısı Fələstin səfirliyinə maliyyə dəstəyini təsdiqlədi

First News Media13:26 - Bu gün
Dövlət Başçısı Fələstin səfirliyinə maliyyə dəstəyini təsdiqlədi

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Fələstin Dövlətinin Xarici İşlər Nazirliyi arasında Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinə maliyyə yardımının göstərilməsi barədə Protokol” təsdiq edilib.

1news.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Fələstin Dövləti Hökumətinə bildiriş göndərməlidir.

Qeyd edək ki, Fərman 2026-cı iyulun 10-da Bakı şəhərində imzalanıb.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər