Nəriman Həsənzadə sabah dəfn olunacaq - YENİLƏNİB
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi sabah saat 11-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Bu barədə 1news.az-a Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Mərhum Xalq şairi mərasimdən sonra saat 13-də I Fəxri xiyabanda dəfn ediləcək.
***
11:25
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
1news.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, vida mərasiminin vaxtı barədə əlavə məlumat təqdim olunacaq.
Mərhum Xalq şairi mərasimdən sonra I Fəxri xiyabanda dəfn ediləcək.
140












