Tovuz sakini 65 yaşlı bibisini qətlə yetirib, cinayət işi açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuz sakini 65 yaşlı bibisini qətlə yetirib, cinayət işi açılıb

First News Media15:07 - Bu gün
Tovuz sakini 65 yaşlı bibisini qətlə yetirib, cinayət işi açılıb

Tovuz sakini 65 yaşlı bibisini qətlə yetirib, cinayət işi açılıb.

1news.az xəbər verir ki, Tovuz Rayon Prokurorluğundan verilən məlumata görə, avqustun 6-da rayonun Əlimərdanlı kəndi ərazisində 1961-ci il təvəllüdlü Məhəbbət İsayevanın meyiti aşkarlanıb.

İlkin araşdırmalarla 1997-ci il təvəllüdlü Ülvi İsayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odun parçası ilə xəsarətlər yetirərək qohumu M.İsayevanı qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə başlanıb, Ü.İsayev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Paylaş:
50

Son xəbərlər

Bütün xəbərlər