Azərbaycalılar Ermənistanla sülh perspektivləri barədə nə düşünürlər? - SORĞU | 1news.az | Xəbərlər
1news TV

Azərbaycalılar Ermənistanla sülh perspektivləri barədə nə düşünürlər? - SORĞU

First News Media13:53 - Bu gün
Azərbaycalılar Ermənistanla sülh perspektivləri barədə nə düşünürlər? - SORĞU

2025-ci il avqustun 8-də Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə tarixi üçtərəfli sammit keçirilib.

Görüş zamanı liderlər Birgə Bəyannamə imzalayıb və tərəflərin xarici işlər nazirlərinin “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında Saziş”in razılaşdırılmış mətninin paraflanmasına şahidlik ediblər.

Tərəflərin yekun sülhə doğru irəliləmək niyyətini əks etdirən bu sənədin imzalanmasının ildönümü ərəfəsində regionda baş verən genişmiqyaslı siyasi dəyişikliklərin ilkin nəticələri qiymətləndirilib.

Ötən on iki ay ərzində sülh prosesi diplomatik ifadələr müstəvisindən çıxaraq, yeni reallıqlar müstəvisinə keçib.

Bəs Azərbaycan sakinləri bu prosesi necə qiymətləndirirlər və uzun illər davam edən münaqişənin yekun həlli perspektivlərini Azərbaycan cəmiyyəti necə görür?

1news.az  bu mövzu ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib.

Sorğunun nəticələrinə əsasən, respondentlərin Ermənistanla sülh əldə olunması imkanları ilə bağlı fikirləri fərqlənib: bəzi iştirakçılar nikbin mövqe nümayiş etdirib, digərləri isə bu məsələyə daha ehtiyatlı yanaşıb.

Bununla belə, sorğuda iştirak edənlərin böyük əksəriyyəti vurğulayıb ki, cəmiyyətin əsas arzusu müharibəsiz, itkilərsiz, sülh və qarşılıqlı anlaşma şəraitində yaşamaqdır.

Paytaxt sakinləri hesab edirlər ki, sülh prosesi “inan, amma yoxla” prinsipi əsasında qurulmalıdır. Eyni zamanda, mehriban qonşuluq münasibətləri tarixə və keçmişin dərslərinə olan yaddaşı kölgədə qoymamalıdır.

Ətraflı videomaterialımızda:
 

 

Paylaş:
40

Son xəbərlər

Bütün xəbərlər