Ölkəmizin Pakistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub | 1news.az | Xəbərlər
Rəsmi

Ölkəmizin Pakistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

1news Redaksiyası13:26 - 07 / 08 / 2026
Ölkəmizin Pakistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Xəzər Nadir oğlu Fərhadov Azərbaycanın Pakistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

1news.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə İrfan Şakir oğlu Davudov həmin vəzifəyə təyinat alıb.

Qeyd edək ki, X.Fərhadov 2021-ci il iyulun 16-da vəzifəyə təyinat almışdı. O, Prezidentin bugünkü sərəncamı ilə Azərbaycanın Malayziyada səfiri təyin edilib.

Paylaş:
361

Son xəbərlər

Lənkəranda zəlzələ olub

29 / 09 / 2026, 16:07
Bütün xəbərlər