Yevlaxda antisanitar şəraitdə pivə istehsal edən müəssisə aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Yevlaxda antisanitar şəraitdə pivə istehsal edən müəssisə aşkarlanıb

First News Media17:48 - Bu gün
Yevlaxda antisanitar şəraitdə pivə istehsal edən müəssisə aşkarlanıb

Yevlax rayonu, Malbinəsi kəndi (Yevlax–Bərdə avtomobil yolunun 7-ci kilometri) ünvanında antisanitar şəraitdə fəaliyyət göstərən pivə istehsalı müəssisəsi aşkarlanıb.

Bu barədə 1news.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, sözügedən müəssisədə plandankənar yoxlama keçirilib. Yoxlama zamanı müəssisənin müvafiq icazə sənədi olmadan fəaliyyət göstərdiyi, istehsal prosesində isə qida təhlükəsizliyi tələblərinin kobud şəkildə pozulduğu aşkarlanıb. Məlum olub ki, məhsulun qablaşdırılmasında istifadə edilən şüşə butulkalar açıq su hovuzunda antisanitar şəraitdə yuyulur.

Qanunvericiliyin tələbləri pozulmaqla istehsal olunmuş "Jiquli" əmtəə nişanlı pivə məhsulları aşkarlanaraq dövriyyəsinin qarşısı alınıb.

Faktla bağlı inzibati protokol tərtib olunub və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər